Türkiyə və Britaniya XİN başçıları Qarabağ münaqişəsini müzakirə ediblər

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və onun britaniyalı həmkarı Dominik Raab arasında telefon danışığı olub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Nazirlər yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə, Dağlıq Qarabağ münaqişəsi, Şərqi Aralıq dənizi, Kipr və Liviya ilə bağlı fikir mübadiləsi aparıblar.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu