Hamı sevinc içindədir

İnsanlar işğaldan azad olunmuş evlərinə gedəcəkləri günü sayırlar

"Döyüşlər gedən ilk gündən burada əhalinin əhval-ruhiyyəsi çox yüksəkdir. Hər dəfə yeni yüksəkliklər, kəndlər, rayonlar işğaldan azad edildikcə insanların Azərbaycan Ordusuna inamı, güvəni daha da artır".

Bu sözləri cəbhə bölgəsinə ezam olunmuş "Yeni Müsavat"ın xüsusi reportyoru Məhəmməd Türkmən "Şərq"ə açıqlamasında deyib. O bildirib ki, hər bir sakinimiz öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər:

"Bildiyiniz kimi, Füzulidə, Beyləqanda məcburi köçkünlər yaşayır. Həsrətlə doğma torpaqlarına gedəcəkləri tarixi anı gözləyirlər. Bəzilərinin kəndləri artıq işğaldan azad edilib.

Onlar indi evlərinə gedəcəkləri günləri sayırlar.

Füzuli azad edilən gün, hətta bu günlərdə də sakinlərə qohumları, dostları zəng edir və biri-birlərini təbrik edirlər. Onlar "Daha uzaqdan, təpələrdən doğma torpaqlarımıza boylanmayacağıq, həsrət bitdi" deyirlər.

Burada hər kəsin ordumuza, əsgərlərimizə olan möhtəşəm dəstəyini görmək mümkündür.
Yerli sakinlərin belə isti münasibətini görmək, bizi həqiqətən sevindirir".


Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu