Koronavirusa qarşı hər gün bolluca su içmək lazımdır

Gün ərzində 5-6 dəfə əlləri sabunla yumağa vərdiş edilməlidir


"Koronavirus  elmə 1960-cı illərdən məlumdur.  Sadəcə son zamanlara qədər ağır formaları yox idi".  
Bu sözləri "Şərq"ə açıqlamasında həkim Fizuli Hüseynov deyib. O bildirib ki, əgər immunitet yüksək səviyyədə olarsa koronavirus insana öldürücü təsir edə bilməz:

"İnsanların gün ərzində bol su içməkləri məsləhətdir. Çünki su bədəndə virusların sıx yayılmasının qarşısını alır. Koronavirus digər viruslar içərisində ən təhlükəlisidir və adi burun maskaları bu virusları rahatca saxlaya bilir.

Ona görə də, qorunmaq üçün burun maskalarından istifadə mütləqdir. Ümumiyyətlə, gün ərzində 5-6 dəfə insanlar əllərini sabunla yumağa vərdiş etməlidir. Sabun ələ bulaşmış virusların hamısını təmizləyir. Koronavirusa qalib gəlmək üçün isə immunitet güclü olmalıdır.

Məsləhət verərdim ki, insanlar immunitetlərini yüksəltmək üçün zəncəfil kökü tozu (40 qram), ud hindi kökü tozu (100 qram), qarazirə toxumu tozu (100 qram) və balı (1 kq) birlikdə qarışdırıb gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 çay qaşığı qəbul etsinlər.

Profilaktik məqsədlə hər gün burun dəliklərinə 3- 4 damcı ud hindinin zeytun yağında olan məhlulunu tökmək, hətta burun ətrafına çəkmək də olar. Çünki ud hindi yağı virus əleyhinə təsir göstərir". 

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu