Artıq səbrdən keçib

İkinci dalğa insanlara daha ağır təsir edəcək

Avropada koronavirusun artıq ikinci dalğası başlayıb. "Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, xəstəliyin sayı gündən-günə artarkən hollandiyalı mütəxəssislər  bu dəfə pandemiyanın insan psixologiyasına  ilk dalğadan daha ağır təsir göstərəcəyini bildiriblər.

Onlar qeyd ediblər ki, koronavirus pandemiyasının birinci mərhələsi çox sayda insanda əsəb, bel və baş ağrısı, yuxu pozğunluğu kimi bir sıra simptomları ortaya çıxarıb.

Bundan başqa, ilk dalğa zamanı gənclər yaşlılardan, yoxsullar varlılardan daha çox əziyyət çəkib. İlk dalğa zamanı insanların onlayn görüşləri, tədrisləri və evdə işləmək kimi yenilikləri olsa da, ikinci dalğada bunlar artıq onlar üçün çox sıxıcı olacaq.

Hətta həmin ərəfədə insanlar səbr nümayiş etdirərək, pandemiyanın bitməsini səbirsizliklə gözləyirdilər.

Ancaq indi insanlar bu müddətin daha uzun ola biləcəyini yaxşı başa düşürlər. Buna görə də mütəxəssislər insanların psixoloji vəziyyətinin daha da pisləşəcəyini bildiriblər.

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu