Milli Məclisin iclası başladı

Milli Məclisin payız sessiyasının növbəti iclası başlayıb.
APA-nın məlumatına görə, Milli Məclisin iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun sədrlik etdiyi nümayəndə heyəti, türkiyəli deputatlar da iştirak edir.

İclasın gündəliyinə 5 məsələ daxildir. Bunlar aşağıdakılardır:

1. Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopun çıxışı.

2. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

5. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).

Paylaş

Bizi Facebookda izləyin
menu
menu