Gürcüstanda koronavirusa daha 1 194 nəfər yoluxdu: 15 ölüm

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 194 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 19 857 nəfərə, ölənlərin sayı 158 nəfərə çatıb.

Gürcüstanda koronavirus səbəbi ilə 6 407 nəfər karantində saxlanılır. Koronavirusa yoluxanlardan 8 666 nəfərin sağaldığı bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu