Türkiyə-Azərbaycan birliyi sarsılmazdır ! - "Ağır günlərdə biz bir-birimizin yanındayıq"

“Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq. Həm Türkiyə Böyük Millət Məclisinin açıqlamaları, Sizin, hörmətli cənab Sədr, açıqlamalarınız, nazirlərin açıqlamaları, Türkiyədən adi vətəndaşlardan mənə gələn məktublar böyük həmrəyliyin təzahürüdür”.


"Sherg.az" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkənsəsləndirib, millət vəkili Tamam Cəfərova belə dedi.

Ölkəmiz üçün çətin bir dövrdə gerçəkləşən bu səfər xüsusi məna daşıyır. Bu, bir daha Türkiyənin Azərbaycana göstərdiyi qardaşlıq münasibətinin təzahürüdür, həmrəyliyin təzahürüdür.Cənab Prezidentin də vurğuladığı kimi,  “biz bu hadisələr baş verəndən dərhal sonra Türkiyənin dəstəyini hiss etdik, bu gün də hiss edirik. Əziz qardaşım, hörmətli Prezident çox müsbət və çox dəqiq açıqlamalar vermişdir. Bu açıqlamalar Azərbaycan xalqını çox məmnun etdi, bütün dünyaya göstərdi ki, Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi. Çox hörmətli Prezidentcənab Rəcəb Tayyib Ərdoğan ilk saatlardan çox dəqiq və çox qəti mesajlar verdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. ...Türkiyə olaraq bütün qəlbimizlə dost və qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq. İnşallah, Qarabağ işğaldan tam azad olunanadək bu mübarizə davam edəcək”.

Millət vəkili bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevoktyabr ayının 16-da Türkiyənin məşhur “A Haber” televiziya kanalına müsahibəsindəTürkiyə-Azərbaycan birliyi,Türkiyənin dünyada söz və güc sahibinə çevrilməsilə bağlı məsələlərə xüsusi diqqət ayırmışdır.

Qeyd olunub ki, Türkiyə artıq 20 il əvvəlki Türkiyə deyil. Bu gün Türkiyə dünyada söz sahibidir. Türkiyənin gücündən narahat olan dairələr var.“Bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir”, Prezident İlham Əliyev belə deyib.

Cənab Prezident qeyd edib ki, işğal altında olan torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində Türkiyənin ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyəti danışıqların nəticəyönümlü olması istiqamətində mühüm əhəmiyyət kəsb edir və de-fakto səviyyəsində Türkiyə artıq müzakirə masasındadır.

Beləki və bu gün Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Hamımıza bəllidir ki, Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olmuşdur. Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin danışıqları olmuşdur. Eyni zamanda, iranlı həmkarları və digər başqa ölkələrlə  Türkiyənin yüksək vəzifəli şəxslərinin əlaqələri olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, Türkiyə artıq danışıqlar  masasındadır.

Prezident Rəcəb Tayyib Ərdoğanın dünya lideri kimi Türkiyəni layiq olduğu tərzdə güclü, qürurlu, ləyaqətli bir dövlət  kimi bütün dünyaya tanıtdırması xüsusi olaraq vurğulandı və qeyd edildi ki, bütün bunlara baxmayaraq, istər xaricdə, istərsə də Türkiyənin daxilində ona qarşı olan, haqsızlıq edən, ədalətsiz qüvvələr də az deyil.

“Bu gün Türkiyəni onun kimi sevən, onun maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik”.Prezident İlham Əliyev belə deyib.
Deputat sonda qeyd etdi ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı möhkəmlənir. Beləki, eləcə keçən il 10 birgə hərbi təlim keçirilmişdir, həm havadan müdafiə, eyni zamanda, özəl komandalar, digər sahələr üzrə təlimlər.

Ona görə bu işbirliyi ən yüksək səviyyədədir. Buna baxmayaraq, Türkiyənin Azərbaycanda hərbi baza yaradılması məsələsi heç zaman müzakirə mövzusu olmamışdır. 

Türkiyə-Azərbaycan birliyi bölgə üçün sabitlik gətirir.Bu gün Azərbaycan-Türkiyə birliyi artıq çox ciddi geosiyasi amilə çevrilibdir və bu, müsbət amildir. Bizim birliyimiz hər hansı bir ölkənin maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə edirik, öz yolumuzu davam etdiririk.





Paylaş

Bizi Facebookda izləyin
menu
menu