Fransa millisinin sabiq qapıçısı öldü

Fransa millisinin sabiq qapıçısı Bruno Martini vəfat edib.
Apasport.az saytının məlumatına görə, futbol veteranı 58 yaşında ölüb.
Martini ötən həftə ürəktutma səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, 1987-96-cı illərdə yığmada oynayan qapıçı AVRO-1996-nın bürünc mükafatçısı olub. O, karyerası ərzində “Oser”, “Nansi” və “Monpelye”də çıxış edib. 1999-cu ildə yığmada qapıçılarla işləyən məşqçi olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu