Son sutka: 584 yoluxan, 128 sağalan, 5 ölən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 45 879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 272 nəfər müalicə olunaraq sağalıb, 635 nəfər vəfat edib, aktiv xəstə sayı 4 973 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar9 028, ötən müddət ərzində isə ümumilikdə 1 241 664 test aparılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu