Nazirlik Zəngilanın təhsil statistikasını açıqlayıb

Təhsil Nazirliyi Zəngilan rayonunun təhsil statistikasını açıqlayıb. 
Nazirlikdən APA-ya verilən məlumata görə, 1992-1993-cü illərdə Zəngilan məktəblərinin sayı 67, müəllimlərin sayı 946, şagirdlərin sayı 5 948 olub. 
2020-2021-ci tədris ilində Zəngilan məktəblərinin sayı 33, müəllimlərinin sayı 609, şagirdlərinin sayı 5 741-dir. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu