Qırğızıstanda təkrar parlament seçkilərinin vaxtı açıqlandı


Qırğızıstanda təkrar parlament seçkiləri dekabrın 20-də keçiriləcək. 

TASS bununla bağlı ölkənin Mərkəzi Seçki Komissiyasına istinadən xəbər yayıb. 

Bildirilib ki, bununla bağlı qərar bu gün verilib. 

Qeyd edək ki, Qırğızıstanda ilk parlament seçkiləri oktyabrın 4-də keçirilib. Seçkilərin nəticələri kütləvi etirazlara səbəb olub. Etirazların 10-cu günündə prezident Soooronbay Jeenbekov istefaya gedib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu