"Erməni ordusu qorxu içindədir"

Amerikanın məşhur media orqanı düşmən cəbhəsinin şok içində olduğunu yazır


“New York Times” media orqanının rusiyalı müxbiri Anton Troyanovski cəbhədəki erməni hərbçilərdən müsahibə götürüb.
 "Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, onun cəbhədən yazdığı xəbər bomba kimi gündəmə düşüb. Müharibənin cəbhə xəttindən xüsusi xəbərlər yazan məşhur qəzetdə "Erməni səngərlərində qorxu var...

Erməni qüvvələri silahlı insansız hava vasitələrinə qarşı tamamilə çarəsizdir" kimi sərlövhəli yazılar dərc olunub. Müxbir Trouanovski, Pulitzer mükafatlı fotoqraf Sergey Ponomarevlə birlikdə erməni işğalı altında olan Xankəndinə getdiyini bildirib. "New York Times" qəzetində "Vəhşi müharibənin ön cəbhəsi: Dağlıq Qarabağdakı ölüm və ümidsizlik" başlıqlı yazıda "Erməni səngərlərində qorxu hökm sürür. Erməni qüvvələri Azərbaycan pilotsuz təyyarələrinə və silahlı insansız hava vasitələrinə (İHA/SİHA) qarşı tamamilə köməksizdir" kimi cümlələr yer alıb.

Məqalədə qeyd olunub ki, Azərbaycan ordusu artilleriya hücumları və SİHA hücumları sayəsində 27 sentyabrdan bəri irəliləyərək bir çox yerləri işğaldan xilas edib. Yazıda həmçinin Ermənistanın məhdud hava hücumundan müdafiə sistemlərinin İHA/PUA-ları dayandırmaq üçün yetərli olmadığı da vurğulanıb:

"Neft və qaz tranzit nöqtəsi olan Azərbaycanın üstün atəş gücündə Türkiyədən aldığı İHA/SİHA-ların önəmli bir payı var.

Azəri güclərinin yanında savaş gücü zəif olan Ermənistan gəncləri və könüllüləri cəbhəyə göndərir. Cəbhəyə göndərilənlər arasında veteran əsgərlər də var. Əvvəlki müharibədə iştirak edən erməni əsgər Artur Aleksanyan "Kalaşnikov" tüfənglərinin müharibənin əsas elementi olduğunu, ancaq bu dəfə şərtlərin çox fərqli olduğunu söyləyir. Hazırda onlar müasir intihar pilotsuz təyyarələrindən və silahlanmadan istifadə edərək erməni tanklarını və digər texnikalarını sistematik olaraq məhv etdiyi kraterlər əhatə edir".

Tiqran Saakyan Anton Troyanovskiyə verdiyi müsahibəsində isə Azərbaycan Ordusu ilə mübarizə apara bilməyəcəklərini deyib: “O qədər sürətli hücum edirlər ki, onlarla mübarizə apara bilmirik. Demirəm ki, biz qorxmuruq, hamımız qorxuruq.

Döyüş meydanından qaçmırlar. Birini vurursan, ikisini vurursan, üçünü vurursan, dayanmırlar yenə gəlməyə davam edirlər. Üstümüzə robot kimi gəlirlər”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu