Vətəndaşların əhval-ruhiyyəsi yerindədir

Camaat atəşin altında işindən-gücündən qalmır

Ermənistanın mülki əhaliyə qarşı törədilən təxribat xarakterli hücumlarının ardı-arası kəsilmir. Düşmən cəbhəboyu rayonlarımızı mütəmadi olaraq atəşə tutur. Qeyd edək ki,  Ağdam, Ağcabədi, Tərtər və Goranboyda dinc sakinlərə, yaşayış binalarına ciddi ziyan dəyib.
“Sherg.az”a danışan Əməkdar jurnalist, deputat  Aqil Abbas deyib ki, Ağcabədidə, onun doğulduğu kənddə 30-a yaxın ev dağılıb:

“Buna baxmayaraq  həm Ağdamda, həm də Ağcabədidə camaat kənd təsərrüfatı ilə məşğul olur. Təbii ki, qadınlar və uşaqlar atəş xəttindən çıxarılıb. Bu da bütün dünyada olan qanundur.

Amma kişilər öz işləri ilə məşğuldurlar. İndi Ağcabədidə pambıq yığımı başa çatıb. O cümlədən Ağdamın müəyyən ərazilərində pambıq, qarğıdalı yığımı gedir.

Kənd təssərufatı ilə məşğul olanlar işlərinin başındadır. İnsanlarda qorxu hissi çoxdan yox olub. Məsələn Tərtərdə pampıq zavodunu vurdular. Gördüz ki, nə qədər pambıq yığılmışdı.

Deməli atəşin altında Tərtər pambıq yığımına davam edib, insanlar işləyib. Camaat işindən-gücündən qalmır. Dünyada ölüm-itim olur, ev dağılır, ondan beş qat gözəli tikilər. Bir sözlə kəndlərimizdə olmuşam, hamısında vəziyyət çox gözəldir.

Camaatın əhval ruhiyyəsi yerindədir.”

Paylaş

Bizi Facebookda izləyin
menu
menu