"Ermənistanın Gəncəyə vəhşicəsinə hücumunu pisləyirəm" - İranlı deputat

İran parlamentinin ictimai komissiyasının sədr müavini Vəli İsmailzadə Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri endirməsini pisləyib.
APA-nın Tehran bürosunun məlumatına görə, V. İsmailzadə dünya ictimaiyyətinin Ermənistanın hərbi cinayətləri qarşısında susmasına təəssüfləndiyini bildirib.
“Ermənistanın müsəlman Azərbaycanın Gəncə şəhərinə vəhşicəsinə hücumunu və orada dinc sakinləri, o cümlədən uşaqların öldürülməsini pisləyirəm”, - V. İsmailzadə qeyd edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu