Çin daha bir kəskin problemlə üzləşib

Çin yeni və daha kəskin, bu dəfə ekoloji problemlə qarşılaşıb. Belə ki, ölkədə hər il 26 milyon ton atılmış paltarın təkrar emalı məsələsi gündəmə gəlib.
Bu barədə “Bloomberg” xəbər yayıb.
Agentlik qeyd edir ki, təkrar emal Çin iqtisadiyyatı üçün sərfəli deyil.

Dünyanın ən çox əhalisi olan ölkədə hər il təkcə köynək istehsalı beş milyarddan çox olur. Bu yüksək istehsal ölkədə hər gün tonlarla paltarın atılmasına səbəb olur. Çinin geyim istehsalının çox hissəsi kütləvi istehlaka yönəldilib. Bunlar tez xarab olan və bir az geyildikdən sonra zibilliklərə atılan ucuz və az ömürlü geyimlərdir.

Qeyd edilir ki, ümumiyyətlə moda sənayesi bütün qlobal karbon dioksid tullantılarının təxminən 10 faizini təşkil edir: bu bütün hava və dəniz nəqliyyatı ilə müqayisədə daha çoxdur.

Mütəxəssislər hesab edirlər ki, bir kiloqram paltarın təkrar istifadəsi altı min litr su və 0,3 kiloqram kimyəvi gübrənin qənaətinə səbəb olur.

Lakin Çinin daha böyük problemi geyimlərin təkrar emalının ölkə üçün sərfəli olmaması və ikinci əl geyimlərin ölkənin hətta yoxsul bölgələrində də populyar olmamasıdır.

Utilizasiyaya gəlincə, Çin paltarlarının böyük əksəriyyəti zibil qutularına atılır ki, bu da ekoloji vəziyyəti ağırlaşdırır. Ölkədə 654 nəhəng zibil yeri var və vaxtından əvvəl dolurlar. Xüsusilə, Çinin 100 futbol meydançası boyda olan ən böyük zibilliyi planlaşdırıldığından 25 il əvvəl dolub. Dünya okeanlarına gəlincə, yalnız 2018-ci ildə Çin sahil sularına 200 milyon kubmetrdən çox tullantı atıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu