NATO-da nöqtə qoyuldu ! - “Dağlıq Qarabağ Azərbaycan ərazisidir”

“NATO-nun mövqeyi birbaşa Amerikanın və Tramp administrasiyasının mövqeyidir”

“Trampın məsələyə münasibəti isə məlumdur. NATO düzgün sual verir: Ermənistan hansı haqla Dağlıq Qarabağ ətrafındakı əraziləri tutur?!”

“Gərək ermənilər Dağlıq Qarabağı tamamilə boşaltsınlar, eyforiyadan çıxsınlar”



 “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”.
Bu fikirləri Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Aleksandrs Kirşteyns qurumun veb-seminarında bəyan edib. O, Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğulayıb: 

“Bu sammitdə iştirak edən və Ermənistanın işğalçı silahlı qüvvələrinin Azərbaycan ərazisində olduğu müddətdə münaqişənin həll oluna bilməyəcəyini açıq şəkildə söyləyən Azərbaycan təmsilçisini tam dəstəkləyirəm. Əsas odur ki, bütün bunlar Azərbaycan ərazisində baş verir”. NATO-da təmsil olunan millət vəkili daha sonra bildirib: “Erməni silahlı birləşmələri oradan çıxmalıdır. Hətta müəyyən ediləcək cədvələ görə. Əks təqdirdə, Ermənistanın mövqeyi heç bir nəticəyə gətirib çıxarmayacaq. Bu, Azərbaycan təmsilçisinin baxış nöqtəsidir və Latviya tərəfinin NATO-dakı mövqeyi buna zidd deyil. Dağlıq Qarabağ Azərbaycan ərazisidir”.

Vəziyyəti şərh edən siyasi analitik Turab Rzayev NATO-nun bu mövqeyini “Sherg.az”a qiymətləndirib: 

“Məlum olduğu kimi, Amerika NATO-nun aparıcı qüvvəsidir. Yəni NATO - nun mövqeyi birbaşa Amerikanın və Tramp administrasiyasının mövqeyidir. Trampın məsələyə münasibəti isə məlumdur. NATO düzgün sual verir: 

Ermənistan hansı haqla Dağlıq Qarabağ ətrafındakı əraziləri tutur? Onu da deyim ki, prezident seçkilərində Co Baydenin hakmiyyətə gəlməsi NATO-nun indiki münasibətinə müəyyən qədər təsir göstərə bilər.

Amma Bayden kimi ermənipərəst, antitürk siyasətçinin dedikləri də bizim üçün qəbul olunandır. Belə ki, Bayden Ermənistanın ətraf rayonlarda əbədi qala bilməyəcəyini açıq-aydın deyir.

O, ermənilərin hüquqlarının tanınmasını istəyir. Etirazımız yoxdur, tanıyırıq. Düşmən ordusu beş rayondan tamamilə çıxarılsın, iki rayondan dəhliz açılsın, digərlərində isə erməni xalqının yaşamasına icazə verək. Dediyim kimi, bu, bizim əleyhimizə ən radikal mövqe tutan siyasətçi- Co Baydenin fikridir. Yəni bundan daha pisi ola bilməz”.

T.Rzayev məsələnin həll yolunu da göstərib:

“Necə olur-olsun- ya sülhlə, ya da müharibə ilə konfliktə son qoyulmalıdır. Daha otuz il də gözləsək, məsələ unudulacaq. Əlbəttə, biz də sülh istəyirik. Əks halda otuz il səbr etməzdik.

Amma gərək ermənilər Dağlıq Qarabağı tamamilə boşaltsınlar, eyforiyadan çıxsınlar. Hər halda münaqişə əbədi davam edəsi deyil. Bir yol tapılmalıdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu