Dövlət büdcəsinin kəsiri proqnozlaşdırılandan az olub

2020-ci ilin doqquz ayında dövlət büdcəsinin kəsiri 677,6 milyon manat təşkil edib.
Bu barədə Maliyyə Nazirliyinin 2020-ci ilin doqquz ayında dövlət büdcəsinin icrasına dair məlumatında deyilir.
Belə ki, bu, 1 milyard 156,6 milyon manat məbləğində proqnozlaşdırılan kəsirdən 479 milyon manat və ya 41,4 faiz az olub.
Kəsirin örtülməsi nəzərdə tutulduğu kimi özəlləşmədən daxilolmalar, xaricdən cəlb edilən kreditlər, daxili borclanma və vahid xəzinə hesabının qalığı hesabına təmin edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu