“Bir şəhid bacısı, şəhid xanımı kimi qürurluyam” – Qisas qiyamətə qalmır !

“Mənim ailə üzvlərim 1991-1994-cü illərdə vətən uğrunda döyüşüb, şəhid olublar”

“Həmin torpaqlarda qanları tökülüb. İndi müzəffər ordumuzun addımları, zəfərləri ilə qanları o torpaqlardan təmizlənir”

“Hesab edirəm ki, mənim şəhidlərim ölməyib, sağdırlar. Çünki ruhları sevinir. Onların ruhu o torpaqlardadır. İndi şaddılar ki, torpaqlarımız işğaldan azad olunur”


Prezident, Silahlı Qüvvələrin Ali baş komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu uğurlu əks-əməliyyatlara davam edir. Düşmən təxribatlarına məhəl qoymadan irəliləyən ordumuz bir aya yaxın müddətdə torpaqlarımızın xeyli hissəsini işğaldan azad edib. Az qala hər günümüzü xoş xəbərlərlə açırıq. Kəndlərimizin, qəsəbələrimizin, rayonlarımızın, əhəmiyyətli mövqedə yerləşən yüksəkliklərimizin düşmən tapdağından qurtuluşunu eşdirik. Nə xoş ki, bütün müjdələri cənab İlham Əliyevin  birbaşa özündən duyuruq.

Bu günə qədər Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, Suqovuşan, Hadrut və Murovdağ yüksəkliyini, eləcə də  bir sıra yaşayış məntəqələrimiz, yüksəkliklərimiz işğaldan azad olunub.

Müzəffər ordumuzun zəfərləri ilə bağlı təəssüratlarını “Sherg.az”la bölüşən əməkdar artist Gülüstan Əliyeva söyləyib ki, hazırda çox sevinclidir:

“Torpaqlarımız 30 ilə yaxındır ki, işğal edilib. Uzun zaman keçdi, amma gözlədik, dözdük. Qarabağ həsrətini sinəmizdə daşıdıq. İndi Ali baş komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunur.

Azərbaycan xalqı vətən uğrunda müharibəyə qalxıb. Torpaqlarımızı terrorçulardan təmizləyirik. Nə xoşdur ki, uğurlarımız, zəfərlərimiz var. Ona görə həm bir sənət adamı, həm də vətəndaş kimi çox fərəhlənirəm.

Sevincliyəm, qürurluyam. Sevincliyəm ona görə ki, torpaqlarımız düşmən tapdağından təmizlənir.  Bir tərəfdən də şəhid bacısı, şəhid xanımı kimi qürurluyam.

Mənim ailə üzvlərim 1991-1994-cü illərdə vətən uğrunda döyüşüb, şəhid olublar. Həmin torpaqlarda qanları tökülüb. İndi müzəffər ordumuzun addımları, zəfərləri ilə qanları o torpaqlardan təmizlənir.

Ona görə fəxr edirəm. Hesab edirəm ki, mənim şəhidlərim ölməyib, sağdırlar. Çünki ruhları sevinir.

Onların ruhu o torpaqlardadır. İndi şaddılar ki, torpaqlarımız işğaldan azad olunur.

İnanıram ki, həmin ərazilərdə güllər əkəcəyik,  gözəlliklər yaradacağıq. Çox keçmədən işğaldan qurtulan rayonlarımız, şəhərlərimiz çiçəklənəcək,əvvəlki görünüşündən də gözəl görünəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu