Ermənistan hökuməti Türkiyə məhsulların ölkəyə gətirilməsini qadağan etdi

Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan edib.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş nazirinin aparatının yaydığı məlumatda bildirilib.
Bu gün qəbul edilən qərara əsasən, dekabrın 31-dən 6 ay müddətinə Türkiyə istehsalı olan məhsulların Ermənistana gətirilməsi qadağan olunub.
Qeyd edək ki, bununla bağlı bir müddət əvvəl qərar layihəsi hazırlanıb və ictimai müzakirəyə təqdim edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu