Braziliyada koronavirusa yoluxanların sayı 5,3 milyonu keçib

Braziliyada son sutka ərzində daha 25 832 nəfərin koronavirus infeksiyasına yoluxması, 571 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 5 300 649 nəfər yoluxub. Bu müddət ərzində 155 459 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 4 721 593 xəstə müalicə olunaraq sağalıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu