Daha 66 Moskva sakini koronavirusdan ölüb

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 66 nəfər dünyasını dəyişib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 6187-yə çatıb.
Qeyd edək ki, Moskvada indiyədək 377 mindən çox insanda koronavirus aşkar olunub. Ümumilikdə təxminən 289 min xəstə sağalıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu