Xarıbülbülün fotosunu paylaşdı

Flora Kərimova Qarabağ həsrətindən yazıb

Karifey sənətkar, Xalq artisti Flora Kərimova incəsənət aləminin torpaq niskili ilə yaşayan simalarındandır. Flora xanımın anası əslən Şuşadandır. O, torpaq, yurd həsrətini, Vətən sevgisini zaman-zaman sosial şəbəkə hesabında dilə gətirir. 

“Sherg.az” xəbər verir ki, sənətkar növbəti dəfə feysbuk səhifəsində Xarıbülbülün fotosunu paylaşaraq Qarabağ həsrətindən yazıb:
“Qarabağımın xarıbülbülü... Axırıncı dəfə nə vaxt gördüyüm yadıma gəlmir. 30 il öz ana yurduna, ana ocağına həsrət qalasan. Böyüdüyün evi, oynadığın küçələri görməyəsən...”

Sonda xalq artisti kövrək notlara toxunaraq bu sözləri yazıb:
“Qarabağda bağım qaldı.
Neçə şirin çağım qaldı.
Qaralmış ocağım qaldı”. 

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu