İki saatdan çox taxılan maskalar infeksiya mənbəyi ola bilər - AÇIQLAMA

Tibbi maska taxılmazdan əvvəl əllər ya yuyulmalıdır, ya da dezinfeksiya edilməlidir. Maska üzə taxılan zaman təmiz olmalıdır.
Bunu AzTV-nin efirində yayımlanan “Gün Başladı” verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib.
O bildirib ki, gün ərzində tibbi maskaların iki saatdan bir dəyişdirilməsi tövsiyyə edilir:

“İki saatdan çox saxlanılan maskalar özü artıq infeksiya mənbəyi ola bilir. Bəlkə COVİD-19 olmasa da, digər infeksiyalara yoluxma riski ola bilər. İstifadə olunan maskaları mütləq şəkildə qapalı zibil qutusuna atmaq lazımdır”.

Çox istifadəli qoruyucu maskaların 8 saat istifadə edilə biləcəyini deyən S.Babazadə bu tip respirator vasitələrin effektinin yaxşı olduğunu deyir:

“İşə gedən şəxslər üçün 8 saatlıq istifadə edilən respirator maskalar əlverişlidir. Biz həkimlərimizi də sırf o maskalarla qoruyuruq. COVİD-19 xəstələri ilə ünsiyyətdə olan həkimlər “N-95” tipli maskalardan istifadə edirlər.

Tibbi maskalardan düzgün istifadə edən və virusa yoluxmaqdan özünü qoruyan insanlar həkimlərimizin də yükünü azaldır. Bu gün həkimlərimizə cəbhə bölgəsində də ehtiyac var. Onlar hərbçilərimizə dəstək olmaq üçün lazımdırlar”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu