Zatulin: “Ermənilərin Rusiyanın nə etməsi lazım olduğu barədə xəbərlərindən bezmişik”

Ermənistanı tez-tez dəstəkləyən rus siyasətçi Konstantin Zatulin təcavüzkar ölkənin yeni rəhbərliyinin Rusiyanın hazırkı vəziyyətdə hansı hərəkətləri etməsi barədə verdiyi təlimatlara qəzəbli reaksiya verib.

Bu barədə o, Ermənistanın “Hraparak” qəzetinə verdiyi müsahibədə bildirib.

“Mənim mövqeyimi bilirsiniz - mənə ermənipərəst deyirlər və s. Ancaq sizə birbaşa demək istəyirəm ki, biz ermənilərdən Rusiyanın nə etməli olduğunu eşitməkdən bezmişik. Özünüz nəsə edin. Amma Ermənistan indi nə edə bilər ki?!”, deyə o sualla müraciət edib.

“KTMT? Qulaq asın, əgər Ermənistan KTMT üzvü kimi maraqlarının pozulduğunu hesab edirsə, onda KTMT-yə müraciət edin. Bəs Ermənistan nə edir? Niyə müraciət etmir?

Çünki Ermənistan hökuməti Rusiyaya kömək üçün müraciəti elə etməlidir ki, Allah eləməsin, birdən Qərbdəki dostları inciyər. Kimə güvənə biləcəyinizi anlamalısınız. Qərar verməlisiniz. Rusiyanın bu vəziyyəti həll etməyə çalışması normal deyil. Ermənistan siyasi baxımdan parçalanmış vəziyyətdədir”.

Zatulin erməni müxbirə bildirib ki, “Baş naziriniz özünü elə göstərir ki, keçmiş prezidenti və ya fraksiya rəhbərini həbsdə saxlayaraq ölkəni idarə etməyə davam edəcək. Məgər belə vuruşmaq olar?”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu