Prezident: “Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz”

“Bilirsiniz, Minsk qrupunun üç həmsədrinin eyni hüquqları və eyni mandatı var. Odur ki, mənim bildiyimə görə bu ölkələr arasından lider seçilməyib. Onların hamısı bərabərdir və biz onlara vasitəçi kimi baxırıq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibədə “Siz Minsk qrupunun həmsədrləri arasında Rusiyanın vasitəçi kimi, aparıcı vasitəçi kimi rolu barədə nə deyə bilərsiniz? Siz deyə bilərsiniz ki, Rusiya ədalətli olub” sualıəna cavabında bildirib.

Dövlət başçısı deyib ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır: “Əgər o, neytral deyilsə, vasitəçi ola bilməz. Neytrallıq səviyyəsi, əlbəttə ki, münasib zamanda ünvanlanacaq başqa bir məsələdir. Lakin düşünürəm ki, Minsk qrupunun həmsədrləri zorakılığı dayandırmaq və 28 il ərzində yerinə yetirilməyən mandatı yerinə yetirmək üçün xüsusilə indi, Ermənistanın döyüş meydanında demək olar ki, məğlub olduğu bir vaxtda öz rollarını oynayacaqlar”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu