Bayramovun ABŞ səfəri nə vəd edir ?- “Danışıqlar işğalçının əleyhinədir”

“Həm də heç kim bizə “get, müharibə apar” deməyəcək. Bunu gözləmək lazım deyil”

“Ən azından ona görə ki, xoş niyyətimizə ziddir. Hər halda görüşlərlə bağlı guya təzyiq məzmunlu şərhlər vermək xeyrimizə deyil”

Sabah Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın dövlət katibi Mayk Pompeo  görüşəcək. Danışıqlar Vaşinqtonda keçiriləcək. Həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüş nəzərdə tutulur.  Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri dünən Moskvada artıq üçüncü dəfə bir araya gəlmişdilər. Yəni vasitəçilər sanki birdən-birə qış yuxusundan oyanıblar.


Sabahkı görüş barədə “Sherg.az”a fikirlərini bildirən sabiq xarişi işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, biz bu cür təmaslara mümkün qədər soyuqqanlı yanaşmalıyıq:

 “Danışıqlara diplomatik işin bir hissəsi kimi baxmaq lazımdır. Həmsədrlərin fəallığı göz önündədir. Azərbaycan həmişə danışıqlara hazırdır. Düşünürəm, Ceyhun Bayramov fürsətdən istifadə edib Azərbaycanın mövqeyini və bölgədəki vəziyyəti dövlət katibinə çatdıracaq.

Onu da deyim ki, Ermənistan siyasi “ənənə”sindən, yəni populist çıxışlarından əl çəkmir.

Bu görüşdən sonra da hazırkı mövqeyinə zidd, ciddi bir bəyanat verəcəyinə inanmıram. Bu çağırışları normal qarşılamalıyıq. Təzyiq deyil, sadəcə sülhə çağırışdır. Əslində Azərbaycanın istədiyi də sülh, atəşkəs və Dağlıq Qarabağın qaytarılmasıdır. Odur ki, hazırda baş tutan danışıqlar daha çox işğalçının əleyhinədir.

Həm də heç kim bizə “get, müharibə apar” deməyəcək. Bunu gözləmək lazım deyil. Ən azından ona görə ki, xoş niyyətimizə ziddir. Hər halda görüşlərlə bağlı guya təzyiq məzmunlu şərhlər vermək xeyrimizə deyil”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu