Dünyada son sutkada koronavirusa yoluxma sayında YENİ REKORD


“Dünyada son sutka ərzində koronavirusa yoluxma sayında yenidən rekord müəyyən edilib”

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Qeyd edilib ki, dünyada ümumilikdə son hesablamalara görə, 41 104 946 yoluxma, 1 128 325 ölüm hadisəsi qeydə alınıb.

Son 24 saat ərzində yoluxma sayı 423 819 nəfər, ölüm sayı isə 6424 nəfər olub ki, bu da oktyabrın 17-də qeydə alınan (412 889) rekordun yenilənməsi deməkdir.

Gündəlik ən çox yoluxmanın Avropada (192831) müşahidə edildiyi vurğulanıb. İkinci yerdə Şimali və Cənubi Amerika (128 508), üçüncü yerdə isə Cənub-Şərqi Asiyadır (68.811).

Ümumilikdə ən çox yoluxma isə ABŞ-da qeydə alınıb - 8 184 788. Sonrakı yerlədə Hindistan (7 706 946), Braziliya (5 273 954), Rusiya (1 463 306), Argentina (1 021 397), İspaniya (1 005) izləyir. 295), Kolumbiya (974 139), Fransa (927 193), Peru (874 118), Meksika (860 714), İngiltərə (789 233) və Cənubi Afrika (708 359) gəlir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu