Bəzi Avropa ölkələrində koronavirusa görə Milad yarmarkası açılmayacaq


Bir neçə Avropa İttifaqı (Aİ) ölkəsi COVİD-19 pandemiyasının ikinci dalğası səbəbindən ənənəvi Milad yarmarkalarını ləğv edib.

NSN xəbər verir ki, Fransanın Strasburqdakı ən populyar milli yarmarkalarından biri bu il açılmayacaq. Bununla yanaşı, yeni il ab-havası yaradılacaq və Kleber mərkəzi meydanında Milad ağacı quraşdırılacaq.

Almaniyanın paytaxtında da ənənəvi Milad tədbirlərindən imtina edilməsinə qərar verilib. İrlandiyada virusun yayılmasının qarşısını almaq üçün artıq bir sıra məhdudiyyətlər tətbiq edilib.

Şotlandiyada da Milad tətilində məhdudiyyətlər tətbiq olunacaq. Orada səhiyyə müşaviri Ceyson Litç həmyerlilərinə bu il koronavirus səbəbilə Milad bayramını onlayn keçirməyi tövsiyə edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu