DİN-dən erməni terroru ilə bağlı XƏBƏRDARLIQ

"Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib".
Bu barədə "Sherg.az"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qurum vətəndaşlara bununla bağlı müraciət edib:

"Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın. Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu