Gürcüstanda son sutkada koronavirusdan 5 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 759 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 24 562 nəfərə, ölənlərin sayı 183 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 4 408 nəfər karantində saxlanılır. Virusa yoluxanlardan 9 751 nəfərin sağaldığı bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu