Orduya kömək etmək istəyiriksə...

İlk növbədə hər kəs sağlamlığını qorumalıdır

"Son günlər virusa yoluxma hallarının nəzərəçarpacaq dərəcədə artması sözün həqiqi mənasında həyəcan siqnalıdır. Virusa yoluxma sayının birdən-birə belə yüksəlməsinin səbəbi daha çox vətəndaşların laqeyd davranışlarının nəticəsidir". 

Bu sözləri "Şərq"ə açıqlamasında həkim Rəna Vahabova deyib. Onun sözlərinə görə, adətən payıza keçid dövründə virus və mikrobların çoxalması, infeksion xəstəliklərin artması müşahidə edilir:

“Hər iki halda əsas məsələ şəxsi gigiyena qaydalarına ciddi şəkildə əməl etməkdir. Biz adi qriplə birgə yaşamağı necə qəbul ediriksə, "COVİD-19"-la da yaşamağı öyrənməliyik”.

Həkim vurğulayıb ki, bu gün hər birimizin qəlbi ordumuzla döyünür:

"Onlar bizi, vətəni qoruyur, torpaqlarımızın hər qarışı uğrunda şəhid qanı axıdılır. Əgər bu gün onlara kömək etmək istəyiriksə, ilk növbədə özümüzün sağlamlığımızı qorumalıyıq".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu