"...Göylərdə uçuram" - Müğənni sevindiyindən göz yaşlarını saxlaya bilməyib

Müjdələrin ard-arda gəldiyi günlərdə tanınmış sənətkarlar, sevilən ifaçılar təəssüratlarını “Sherg.az”la bölüşür. Onların sevincləri, həyəcanları səslərindən, sözlərindən  hiss olunur. 
Əməkdar artist Yusif Mustafayevi də hər kəs kimi ordumuzun zəfərləri çox sevindirib. Həm dövlətimizə, həm də ordumuza dualar edərək sözə başlayan sənətkar hisslərini belə ifadə edib:

“Sevindiyimdən göylərdə uçuram. Allah dövlətimizi var eləsin, əsgərlərimizi qorusun. Şəhidlərimizə rəhmət eləsin. İnanın, Zəngilanın xəbərini eşidəndə göz yaşlarımı saxlaya bilmədim.

Nə deyim, çox sevincliyəm. Biz haqq yolundayıq. Allah həmişə haqqa tərəfdir. İnşallah, biz qalib gələcəyik. Öz torpaqlarımızı geri qaytarırıq. Kimdənsə nə isə istəmirik ki?!

Onu da deyim ki,  bu xoş xəbərlərə görə sevinməyən insan tapılmaz. Sevinməyən varsa, onun qanı azərbaycanlı qanı ola bilməz. Yenə də deyirəm, Allah dövlətimizin arxasında dursun. Nə xoş gün varsa, bizə qismət olsun.

Məsələn, Ali Baş Komandanımız necə fəxrlə dedi ki, Qarabağ Azərbaycandır. Mən də  zəfər yolumuza klip həsr etdim, hər gün efirlərdə yayımlanır. Allah hamımızı sevindirsin”.   

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu