Koronavirusdan müdafiə üçün qış əlcəklərinin effektivliyi açıqlandı

Adi parça əlcəklər virusa yoluxma ehtimalını rezin əlcəklərlə eyni şəkildə azaldır.
“RİA Novosti”nin məlumatına görə, bu barədə Seçenov Universitetinin Tibbi Parazitologiya, Tropik və Transmissiv Xəstəliklər İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksandr Lukaşev məlumat verib.

Koronavirusdan qorunmaq üçün qış əlcəklərinin effektivliyini qiymətləndirən virusoloq, ehtiyatlı olmağı tövsiyə edib. Onun sözlərinə görə, məsələn burnunuzu qaşısanız, əllərinizin əlcəkdə olmasının heç bir faydası olmayacaq.

Lukaşev həmçinin, koronavirusun təmas yolu ilə ötürülmə yolunun effektivliyinin hələ tam öyrənilmədiyini deyərək, bu səbəbdən də əlcəklərin əhəmiyyətinin nə dərəcədə olduğunu qiymətləndirməyin çətin olduğunu vurğulayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu