Buzlar əriyir ! - “Rəsmi Moskva Ərdoğanın gücünü anlayır” – AKTUAL ŞƏRH 

“Putin türkiyəli həmkarının Qərbdən asılı olmayan, müstəqil yeganə lider olduğunu etiraf edir”

 “Elə bu nöqteyi-nəzərdən tərəfləri əvvəllər sülhə, danışıqlara çağıran rəsmi Moskvanın mövqeyi indi daha konkret və qətidir”

““Rusiya bu məsələyə görə özünə əlavə problem yaratmayacaq”

“Ermənistanın mənasız ambisiyaları, əlavə torpaq iddiaları isə erməni xalqının gələcəyinə təhlükə yaradacaq” 



Rusiya Prezidenti Vladimir Putin “Valday” müzakirə klubunun iclasında Dağlıq Qarabağ müharibəsindən danışıb.
O qeyd edib ki, Rusiya heç vaxt dövlətlər arasındakı gərginliklərdən sui-istifadə etməyib. Putinin sözlərinə görə, NATO daxilindəki ziddiyyətlərə, Türkiyə ilə Fransa arasındakı mübahisələrə gəldikdə, Rusiya heç vaxt digər dövlətlər arasında yaranan gərginliklərdən sui-istifadə etməyib:

“Bizim sabit yaxşı, deməzdim hələlik tam, amma yenə də yaxşı perspektivlərimiz var. Hər halda, Fransa ilə əlaqələrimizin yaxşı keçmişi var. Türkiyə ilə artan işbirliyimiz var, ümumiyyətlə Türkiyə bizim qonşumuzdur”. 

Rusiya lideri, həmçinin bildirib ki, ermənilər işğal etdikləri torpaqlarda əbədi qala bilməzlər.
 Əslində, bu, rəsmi Moskvadan gözləmədiyimiz mövqedir. Axı Kreml bu dəfəki müharibəyədək həmişə təacüzkara “dayılıq” edib. Hətta indi də rəsmi Moskavnın işağalçı Ermənistan sialhlandırmasına dair xarici və yerli KİV-lərdə məqalələr dərc olunur.  

V.Putinin sözügedən açıqlamasını “Sherg.az”a dəyərləndirən siyasi analitik Turab Rzayev düşünür ki, artıq bütün dünya ictimaiyyəti həqiqəti anlayır: 

“Dağlıq Qarabağ konfilikti ilə bağlı planetin aparıcı qüvvələrinin mövqeyi eynidir. Müəyyən istisnalar olsa da, böyük əksəriyyət Dağlıq Qarabağın Azərbaycan ərazisi olması faktını tanıyır.

Fransa prezidenti Emanüel Makron kimilər isə sadəcə şəxsi münasibətlərə görə Ermənistanı dəstəkləyirlər. Bu mənada əgər Rusiyanın hazırkı mövqeyinin bir səbəbi Türkiyənın məsələyə müdaxiləsidirsə, digəri həqiqəti anlamasıdır.

Putin etiraf edir ki, Dağlıq Qarabağətrafı rayonlar Ermənistanda əbədi qala bilməz. Ümumi yanaşma məhz belədir: Ermənistan ordusu Dağlıq Qarabağ ətrafı rayonlardan çıxmalıdır. Amma təkrarlayıram, əlbəttə, Rusiya Ərdoğanın gücünü anlayır.

Putin türkiyəli həmkarının Qərbdən asılı olmayan, müstəqil yeganə lider olduğunu etiraf edir. Ona görə Ermənistana, Paşinyantək siyasətçiyə, Dağlıq Qarabağın bir neçə kəndinə görə Türkiyə ilə münasibətləri pozmaq istəməz. Elə bu nöqteyi-nəzərdən tərəfləri əvvəllər sülhə, danışıqlara çağıran rəsmi Moskvanın mövqeyi indi daha konkret və qətidir: işğalçılar ətraf rayonlardan çıxarılması. Bundan sonrakı proseslər, o cümlədən Dağlıq Qarabağın statusu ilə bağlı fikirləri ilə başqa mövzudur”.

T.Rzayevin sözlərinə görə, işğalçılar indi həqiqət qarşısında aciz qalıblar: 

“Ermənistanın xarici işlər naziri sentyabr ayının 1-də verdiyi müsahibədə bildirmişdi ki, rəsmi İrəvan öz səhvlərinə görə tutduğu torpaqları əldən verəcək. Azərbaycan ərazilərini azad etməyə başlayacaq. Türkiyə bizi dəstəkləyəcək. Və nə NATO, nə Avropa, nə də Rusiya buna görə Türkiyə ilə münasibətləri pozacaq. Deyildiyi kimi də oldu.

Sabiq nazir, həmçinin bildirmişdi ki, Rusiya bu məsələyə görə özünə əlavə problem yaratmayacaq. Ermənistanın mənasız ambisiyaları, əlavə torpaq iddiaları isə erməni xalqının gələcəyinə təhlükə yaradacaq. 

Bilirsiz, əslində dünya ictimaiyyətinə verilən sual çox aydındır: “İşğalçı Dağlıq Qarabağ ətrafındakı əraziləri niyə tutur? Niyə Füzulini, Cəbrayılı işğalda saxlayırdı?” 

Bax, nə Rusiyanın, nə Avropanın bu suala verəcəyi cavab var. Hətta Ermənistanın düşünən beyinləri də anlayır ki, eksponsionist siyasət onların xeyrinə deyil. 

Dünya ictimaiyyətinin Ermənistandan üz döndərdiyi də təsadüfi deyil. Bircə faktı xatırladım: BBC kimi telekanallar bir neçə il əvvəllədək təqdim etdikləri materiallarda Azərbaycana qarşı qərəzli mövqe sərgiləyirdilər. İndi isə Ermənistan baş nazirini efirə çıxarıb biabır edirlər. Sizcə, bu nə deməkdir?”

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu