Sizlərdən Azərbaycanın tam qələbəsi ilə bağlı  xəbərləri səbirsizliklə gözləyirik - Xaricdən Prezidentə dəstək gəlir


Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Bu şərəfli missiya Prezident, Ali Baş Komandan İlham Əliyevin sayəsində həyata keçirilir. Bununla əlaqədar dövlətimizin başçısına xaricdən minnətdarlıq məktubları gəlməkdə davam edir. Sherg.az bu məktubların daha bir neçəsini təqdim edir:

Etem Bulutdan, Şanlı Urfa, Türkiyə

Möhtərəm cənab Prezident.
Sizi ölkəmin bütün vətəndaşları adından salamlayır, qazandığınız uğurlara görə təbrik edir, şəhidlərinizə görə başsağlığı verirəm.
Allah köməyiniz, qılıncınız düşmənə qarşı kəsərli olsun. İnşallah, Sizlərlə bağlı xoş dualarımız qəbul olunar.
Qəlbimiz Sizlərlə - can Azərbaycanla bir yerdə vurur və daim Sizin yanınızdayıq.
Mən Şanlı Urfada yaşayıram, sənətkaram. Özüm və övladlarım daim əmrinizə hazırdır. Sizlərdən Azərbaycanın tam qələbəsi ilə bağlı səbirsizliklə xəbərlər gözləyirik. O xəbərlə təkcə Azərbaycan deyil, bütün Türkiyə də xoşbəxt, məsud olacaq.
Rəbbim yolunuzu açıq etsin, əsgərlərimizi qorusun, ayaqlarına daş belə dəyməsin və düşmənlərimizin hiylələrini pozsun!
Sizi çox sevirik, Azərbaycanı sevirik, Qarabağ bizimdir!

Qəribşah Feyzullayevdən, Makeevka, Ukrayna

Hörmətli cənab Prezident.
Azərbaycan xalqına və bütün dünyaya çatdırdığınız şad xəbərlərə görə Sizə minnətdarıq. Allah Sizə cansağlığı, uzun ömür versin. Azərbaycan xalqının rifahı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Yaşasın Azərbaycan əsgəri!
Yaşasın Azərbaycan xalqı!
Qarabağ Azərbaycandır!

Rac Qasımovdan, Jitomir, Ukrayna
Cənab Ali Baş Komandan.

2020-ci il sentyabrın 27-dən Qarabağ cəbhəsində başlayan erməni təxribatları bizləri - Ukraynanın Jitomir şəhərindəki azərbaycanlıları da çox narahat edir. Bu, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə mülki əhalini və obyektlərini atəşə tutmasının qəsdən və hədəflənmiş növbəti təxribatıdır. Lakin Sizin rəhbərliyinizlə və göstərişinizlə Azərbaycan Ordusu cəbhəboyu zonada Ermənistan silahlı qüvvələrinə dağıdıcı zərbə vurur. Milli Ordumuz günü-gündən cəbhədə irəliləyərək erməni təxribatçılarını torpaqlarımızdan çıxmağa məcbur edir.

Cənab Prezident, Siz daim dünya dövlətlərinə, beynəlxalq təşkilatlara çağırış edərək, regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətindən işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsini tələb edirdiniz. Lakin Ermənistan hər zaman sülh danışıqlarına məhəl qoymayaraq qeyri-konstruktiv mövqe nümayiş etdirirdi. Bu gün isə Sizin düşünülmüş və qətiyyətli addımlarınızın nəticəsini görürük və bütün bunlar bizi hədsiz dərəcədə sevindirir.
Möhtərəm Prezident, Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, əldə olunan uğurlara görə Sizi və xalqımızı təbrik edirik.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu