Ermənistan ordusunda muzdlu kürd döyüşçülər var

"Əldə olunan sübutlar tez bir zamanda beynəlxalq nümayəndələrə təqdim olunacaq"

Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi ilə bağlı keçirdikləri uğurlu əməliyyatlar zamanı əsir götürülən erməni döyüşçülər açıqlama verib. 2001-ci ildə Ermənistanın Şirak vilayətinin Artik şəhərində anadan olan Mikaelyan Albert Yervandi Ermənistan silahlı qüvvələrində muzdlu kürd dəstələrinin Azərbaycana qarşı döyüşdüyünü etiraf edib.

2019-cu ilin dekabr ayının 19-da hərbi xidmətə çağırıldığını deyən Mikaelyan bildirib ki, o, Gümrü şəhərində xidmətə başlasa da, orada 6 ay “Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütbəsi alıb: "Ondan 6 ay sonra mən Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm, tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi. Orda muzdlular hər ay 600 dollar pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”. Əsir düşən erməni hərbiçilərindən biri də qeyd edir ki, o, uzun zamandır ailəsi ilə Rusiyaya köçüb. Döyüşlər başlamamışdan əvvəl Ermənistana dönərək vizasının vaxtını artırmaq istəyib, ancaq onu zorla Qarabağa döyüşə yollayıblar. Buna etiraz etdikdə isə onu həbs edəcəklərini söyləyiblər.

Hərbi ekspert Azad İsazadə "Şərq"ə açıqlamasında bildirib ki, əsir götürülən erməni döyüşçülərin etirafı onu deməyə əsas verir ki, Ermənistan döyüşlərə silahlı muzdluları cəlb etməklə beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn norma və prinsiplərini açıq şəkildə pozur. Onun sözlərinə görə, silahlı muzdlular ilə bağlı BMT-nin çoxsaylı qətnamələri var:

"Bu qətnamələr silahlı muzdlu fəaliyyəti ilə məşğul olanlara və onlardan istifadə edənlərə qarşı cəzasızlığı qınayır, və bütün dövlətləri, beynəlxalq hüquq qarşısında öhdəlikləri çərçivəsində, silahlı muzdluları və onlardan istifadə edənləri məsuliyyətə cəlb etməyə çağırır.

Bu günləri dövlətimizin rəsmi strukturlarında Ermənistanın döyüşlərdə muzdlulardan istifadə etdiyi barədə çoxsaylı sübutlar var. Sadəcə bu sübuta inanmaq istəyənlər inanır, istəməyənlər də inanmır.

Guya, ermənilər də iddia edirlər ki, bizdə muzdlular var. Amma onlarda konkret olaraq heç bir sübut yoxdur.

Həm öncədən əldə edilmiş məlumatlar, həm də işğaldan azad edilmiş Azərbaycan torpaqlarında əldə olunan sübutlar açıq şəkildə Ermənistan tərəfində xarici ölkələrdən gələn silahlı muzdlu döyüşçü və terroristlərin vuruşduğunu sübut edir.

Xaricdən silahlı muzdluların gətirilməsi Ermənistanda müdafiə haqqında qanuna dəyişikliklərin edilərək könüllülərin müdafiəyə cəlb olunması məsələsinin müzakirəsi zamanı daha da aydın oldu.

Bu addımla Ermənistan könüllülər adı altında faktiki olaraq digər ölkələrdən silahlı muzdluları və terrorçuları öz ordusuna cəlb etdi. İnanırıq ki, əldə olunan sübutlar tez bir zamanda beynəlxalq nümayəndələrə təqdim olunacaq və Ermənistana qarşı beynəlxalq hüquqi addımlar atılacaq".

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu