Hikmət Hacıyev: “ Tərtərə "Smerç” raketi atılıb və 16 yaşlı yeniyetmə həlak olub"

“Ermənistanın mülki vətəndaşlara, xüsusən də uşaqlara qarşı müharibəsi davam edir”.

"Sherg.az"ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Twitter” hesabında paylaşıb.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan ordusu tərəfindən Tərtər şəhərinə “Smerç” raketi atılıb və hücum nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan evlərinin həyətində həlak olub.

“Xurma mövsümü olduğu üçün Orxan həyətdə xurma yığırdı”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu