Laçın və Qubadlı Ermənistan ərazisindən raket-artilleriya atəşinə tutulur - Rəsmi

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.
"Sherg.az"ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu