Tələbələr ABŞ-ı Azərbaycanın haqq işinə dəstək olmağa çağırdılar

“ABŞ təhsilli azərbaycanlı Məzunlar Assosiasiyası” ABŞ hökumətinə müraciət edərək, bu ölkəni Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək etməyə çağırıb. 

ABŞ hökuməti BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin (822, 853, 874, 884) icrasında fəal rol oynamağa və Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına dəstək göstərməyə dəvət edilib. 

Qeyd olunub ki, regionda sülh və təhlükəsizlik Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı rayonlarını işğal edən Ermənistan tərəfindən 30 ildir ki, təhlükəyə məruz qoyulur. Sülh isə yalnız beynəlxalq hüquqa riayət etməklə mümkündür. Daha sonra BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb edən dörd qətnaməsinin (822, 853, 874, 884) 1993-cü ildən bəri kobudcasına pozulmasından narahatlıq ifadə edilir.

Vurğulanır ki, yalnız Azərbaycanın ərazi bütövlüyü bərpa olunandan sonra 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıdışı mümkündür. 

Sonda ABŞ-ın regionda dayanıqlı sülh və beynəlxalq hüquqa hörmətin təmin edilməsində aparıcı rol oynayacağına ümid ifadə edilir. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu