Mustafa Şəntop: “BMT-ni işğallara səssiz qalmamağa çağırıram”

Birləşmiş Millətlər Təşkilatını (BMT) baş verən münaqişələrə, işğallara və ölümlərə səssiz qalmamağa çağırıram.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntopun “Twitter” hesabında BMT-nin yaranmasının 75-ci il dönümü ilə bağlı təbrik paylaşımında bildirilib.
“BMT-ni baş verən münaqişələrə, işğallara və ölümlərə səssiz qalmamağa, adil bir davranış nümayiş etdirməyə və qəbul etdiyi qərarlarının arxasında durmağa dəvət edirəm”, - deyə TBMM sədri qeyd edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu