İranda 5.4 bal gücündə zəlzələ baş verib


İranda 5.4 bal gücündə zəlzələ baş verib. 

APA-nın Tehran bürosunun məlumatına görə, zəlzələ Qəzvin və Həmədan əyalətlərində hiss olunub. 

Zəlzələ Qəzvin əyalətinin Avəc və Abgərm bölgəsində 10 km dərinlikdə baş verib. 

Xilasetmə işləri üçün Qızıl Aypara Cəmiyyətinin qüvvələri hazırlıq vəziyyətinə gətirilib və hadisə yerinə göndərilib. 

Hələlik dağıntılar, ölən və yaralananlar barədə məlumat yoxdur. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu