Ölkə başçısına təşəkkür: "Torpaqlarımızın azad olunması ailəmizi çox sevindirdi"

Dünyanın müxtəlif yerlərindən, respublikanın şəhər və rayonlarından Azərbaycan Prezidentinin ünvanına məktublar gəlməkdə davam edir.
"Sherg.az" məktublardan bəzilərini təqdim edir.

Rövşən Babayev, Bakıdan:

- Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Bu günlər ölkəmizdə baş verən hadisələri bir tərəfdən narahatlıqla, digər tərəfdən qürurla izləyirik. Xalqımızın yenilməz Lideri olaraq torpaqlarımızı azad etməyinizə və erməni terrorçularına qarşı qətiyyətli mövqe göstərdiyinizə görə Sizinlə fəxr edirik. İnanırıq ki, Sizin uzaqgörən daxili və xarici siyasətiniz, peşəkar diplomatiyanız sayəsində bu müharibəni böyük bir Qələbə ilə başa vurub dövlətimizin ərazi bütövlüyünü bərpa edəcəksiniz.

Bununla da Siz xalqını, millətini, dövlətini sevərək ən yeni Azərbaycanın şanlı tarixini yazan yenilməz sərkərdə, müdrik Prezident kimi yaddaşlarda qalacaqsınız. Sizə və rəşadətli Azərbaycan Ordusuna hər an duaçıyıq.

Allah Sizi və şanlı Ordumuzu müzəffər etsin! Əminəm ki, yaxın günlərdə Böyük Zəfər münasibətilə Azərbaycan xalqını təbrik edəcəksiniz.


Ayxan Nəsibli Bakıdan:

- Müzəffər Ali Baş Komandanımız, qalib Azərbaycan Ordusunun Sərkərdəsi.

Siz bu gün şanlı Ordumuza komandanlıq edərək parçalanmış Azərbaycan torpaqlarını qaytarmaqla tarix yazırsınız. Qazandığınız qələbələrlə xalqımıza sevinc bəxş edib, Sizə inanan xalqın rəğbətini və sevgisini minə qatladınız. Bilin ki, Sizin kimi müdrik Prezidentə gözümüzü qırpmadan canımızı fəda etməyə hazırıq.

Əziz Prezidentim, mən söz verirəm ki, ana Vətənim Zəngilana qayıtdıqdan sonra həyətimizdə Sizin büstünüzü ucaldacağam. İnşallah, Siz də Mehriban xanımla birlikdə o yerlərə, bizə ziyarətə gələrsiniz. İnanıram ki, o gün çox yaxındadır.

Azərbaycana nəfəs verən Prezidentim, mənim sonsuza qədər əbədi Prezidentim, Siz Azərbaycanın özüsünüz!

Mirazad Bayramov Sumqayıtdan:

- Hörmətli cənab Prezident.

Mən Bayramov Mirazad 3-cü sinifdə oxuyuram. Adını daşıdığım əmim - Bayramov Azad Muxtar oğlu 1993-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Torpaqlarımızın mənfur düşmənlərdən azad olunması ailəmizi çox sevindirdi. Əmimin qanı yerdə qalmadı. Buna görə ailəmiz adından Sizə təşəkkür edirəm.

Müzəffər Ali Baş Komandan, arzu edirik ki, Siz başda olmaqla ordumuz düşmənlərimizi öz yerlərinə kimi qovub torpaqlarımızı tamamilə azad etsinlər.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu