Almaniyada Gəncə terroruna qarşı etiraz yürüşü keçirildi - FOTO




Almaniyanın Bielefeld şəhərində yaşayan soydaşlarımız Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Bielefeld Hauptbahnhof stansiyasından Kundgebung meydanına doğru yürüş edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA -ya verilən xəbərə görə, Azərbaycan və türk icmalarının iştirak etdiyi yürüş Ermənistan ordusunun Azərbaycanın bir sıra rayon və şəhərlərini, o cümlədən Gəncə şəhərini raket atəşinə tutması nəticəsində mülki şəxslərin qətlə yetirilməsinə etiraz olaraq təşkil olunub.

Yürüş iştirakçıları Ermənistan silahlı qüvvələrinin dinc əhalini hədəf almasını insanlığa qarşı törədilən cinayət adlandırıb, işğalçı və terror siyasəti yürüdən Ermənistanın bəynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu bildiriblər.

Yürüş iştirakçıları müxtəlif dillərdə “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et!”, “Erməni terrorçuluğuna son!”, “Mülki insanlar toxunulmazdır!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”, “Ermənistan - BMT qətnamələrinə əməl et!” “Ermənistana inanma”“Ermənistanın işğalına son!” “Ermənistanın təcavüzünə son” “Erməni terroruna son” şüarlar səsləndiriblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu