Yalçın Topçu: Şanlı Azərbaycan ordusu işğalçı Ermənistana lazımi dərs verir


Azərbaycanın qəhrəman övladları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gücünü xalqdan alaraq ədaləti yenidən bərqərar edir. Bunu Trend-ə Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.

O qeyd edib ki , Şanlı Azərbaycan ordusu cəbhədə bir mülki şəxsə zərər vermədən hər gün yeni torpaqları işğaldan qurtarmaqla beynəlxalq hüququ pozaraq insanlığa qarşı cinayət törədən təcavüzkar işğalçı Ermənistana lazımi dərs verir.

“Azərbaycan ordusu ölkənin işğal olunmuş torpaqlarının hər qarışını geri ala bilir, öz problemini özü həll edir və işğalçıları iti qovan kimi qovur”,–deyə o bildirib.

O əlavə edib ki Ermənistanın Türkiyənin Azərbaycan ərazisində hərbi baza qurması haqda iddialarının məqsədyönlü dezinformasiya olduğunun şahidi olduq.
“Bu dezinformasiya və qara yaxma kompaniyasının qaynağı bəllidir. Türkiyənin qardaş Azərbaycana dəstək verməsi üçün qardaş dövlətin ərazisində hərbi baza qurmasına və hər hansı xüsusi razılaşmaya ehtiyac yoxdur”, – deyə o bildirib.

Topçu onu da əlavə edib ki ,pandemiya olmasına baxmayaraq bu il ərzində Azərbaycan və Türkiyə orduları ondan çox birgə hərbi təlim keçiriblər.

Topçu qeyd edib ki , Ermənistanın ASALA-PKK-YPG terror təşkilatlarından aldığı dəstəklə Azərbaycanın şəhərlərini raket atəşinə tutması bu ölkənin beynəlxalq hüququ heçə sayaraq insanlıq əleyhinə cinayət işlədiyini göstərir.

“Azərbaycan beynəlxalq hüquqa arxalanaraq , müdafiə haqqına sahib olmaqla , xalqını və ərazi bütövlüyünü qorumaq əzmini tam bir şəkildə ortaya qoymuşdur. Şanlı Azərbaycan ordusu beynəlxalq hüquq çərçivəsində , BMT TŞ nin qərarlarının tələbinə uyğun olaraq vətən torpaqlarının işğalına son qoymaq üçün mərd şəkildə mübarizə aparır”,–deyə o bildirib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın şəhərlərini atəşə tutmasında əsas hədəf Azərbaycanı eyni addıma təhrik etməkdir.

“İşğalçı Ermənistan bu müharibədə tək qalib gələ bilməyəcəyini çox yaxşı bilir, xidmət etdiyi qüvvələrə və erməni diasporuna fayda gətirmək üçün hər cür haqsızlıq, qanunsuzluq və terrora əl atır”,-deyə Topçu əlavə edib.

“ Türkiyə və Azərbaycan ayrı beşiklərdə böyümüş bir ananın iki əkiz övladıdır. Türkiyə cumhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dediyi kimi: "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir". Eyni zamanda Ümummilli lider Heydər Əliyevin dediyi kimi:"Bir millət , iki dövlətik”,– deyə Topçu bildirib.

Topçu bildirib ki , Türkiyənin öz torpaqları xaricində ən çox şəhid verdiyi torpaq can Azərbaycandır.

“İki qardaş ölkə ilə xalqları arasındakı bütün münasibətlər tarixdir, əbədidir və eyni zamanda misilsizdir”',– deyə o bildirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu