Qazaxıstanda koronavirusa daha 152 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 152 nəfər yoluxub.

Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 110 402 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 105 618 nəfəri sağalıb, 1 796 nəfəri isə vəfat edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu