Leytenant Atayev Şamxal: "Bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir"



"Leytenant Atayev Şamxal Cəliloğlu, mən fəxr edirəm ki, torpaqlarımızın azad edilməsində  iştirak edirəm".

Sherg.az-ın məlumatına görə, bunu leytenant Müdafiə Nazirliyinin yaydığı videomüraciətdə deyib. O bildirib ki, bölmənin bütün şəxsi heyəti yüksək döyüş ruhuna malikdir:

"Bölməmiz tərəfindən düşmənin zirehli texnikaları, canlı qüvvəsi və uzunmüddətli mühəndis tikililəri məhv edilmişdir. Ali Baş Komandanın dediyi kimi, Qarabağ Azərbaycandır!", - deyə leytenant vurğulayıb.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu