Gözləniləndən daha çevik hərbi planlar və diplomatik manevrlər bizi hədəfə yaxınlaşdırdı - Siyasi şərh

"Bu  kənar güclərin prosesə yanaşmada strategiya müəyyənləşdirməsinə mane olur"

 "Azərbaycan sadəcə öz ərazilərini azad etmir, həm də iki ölkəni bir problemin əsarətindən, mümkün qədər Cənubi Qafqazı kənar təsirlərdən xilas edir".

Bu sözləri "Sherg.az"a açıqlamasında politoloq Araz Aslanlı deyib.



Siyasi şərhçi bildirib ki, bu mənada Ermənistana xilas olmaq, gələcəyini düzgün planlaşdırmaq şansı yaranır:

"Kənar güclər əsasən Azərbaycanın bu prosesdə uğursuz olmasına çalışırlar. Amma Azərbaycanın regional və qlobal şərtləri düzgün qiymətləndirib ərazilərini tam azad etmək üçün çox şeyi gözə alması onların planlarına çətinlik yaradır. Bu səbəbdən də kənar güclər Azərbaycanın öz ərazilərini tam azad etməsinə mane ola bilmədikdə ən azı prosesin elə getməsini istəyirlər ki, Cənubi Qafqazda təsir vasitələrini, mövqelərini mümkün qədər qorusunlar. Cənubi Qafqazı bütövlükdə itirməsinlər. Hazırda kənar güclərin müharibə ilə bağlı siyasətləri əsasən bu çərçivədə qurulub".

A.Arazlı qeyd edib ki, Azərbaycanın son 1 aydakı hərbi və diplomatik manevrlərinin qiymətini yəqin ki, tarix verəcək:

"Azərbaycanın gözləniləndən daha çevik hərbi planları və diplomatik manevrləri kənar güclərin prosesə yanaşmada strategiya müəyyənləşdirməsinə mane olur. Bizi hədəfə yaxınlaşdıran ən vacib amillərdən biri də məhz budur".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu