Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət ünvanlayıb


Azərbaycanda fəaliyyət göstərən QHT beynəlxalq təşkilatlara Ermənistanın 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlara istifadə etməsinə dair müraciət ünvanlayıb.

APA xəbər verir ki, UNICEF-in İcraçı Direktoru xanım Henriyetta Fora, Uşaqları Xilasetmə Beynəlxalq Təşkilatının İdarə Heyətinin sədri cənab Robert Guda, Beynəlxalq Uşaq Hüquqları Bürosunun Prezidenti cənab Teofan Nikyemaya, SOS Beynəlxalq Uşaq Kəndlərinin Prezidenti cənab Siddharta Kaula, Uşaq Müdafiə Fondunun icraçı direktoru

xanım Bharti Vahiyə, Uşaqlar üçün Qlobal Fondunun prezidenti cənab Con Heklingerə ünvanlanan müraciətdə qeyd edilib ki, sentyabrın 27-dən etibarən Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz nəticəsində bölgədə vəziyyət çox gərgin həddə çatıb, hərbi əməliyyatlar yenidən bərpa edilib.

“Keçən müddət ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şəhər və rayonlarına etdiyi silsilə raket hücumları nəticəsində 10 nəfər uşaq olmaqla 65 mülki şəxs öldürülüb, 300-dən çoxu yaralanıb. Təəssüf ki, Ermənistan hələ də  hərbi cinayət törətməkdə davam edir.

Bütün beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistanın hərbi və siyasi rəhbərliyi indi də başqa bir cinayətə əl ataraq Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara 15 yaşına çatmayan uşaqları da cəlb edir. Sizə təqdim olunan bu link vasitəsilə hərbi əməliyyatlara cəlb olunan uşağın videosunu izləyə bilərsiniz (https://youtu.be/e12mWOJPySM).

Qeyd etmək istəyirik ki, Ermənistan tərəfi 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etməklə təkcə Cenevrə Konvensiyasının müvafiq bəndlərini deyil, eyni zamanda, BMT-nin 20 noyabr 1989-cu il Baş Məclisinin 44-cü sessiyasında qəbul edilən Uşaq Hüquqları haqqında Konvensiyanın 38-ci maddəsini də kobud şəkildə pozur. Belə ki, Konvensiya iştirakçı dövlətlərdən silahlı münaqişələr zamanı uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına ciddi riayət etməyə çağırır, xüsusilə, 15 yaşına çatmayan şəxslərin hərbi əməliyyatlarda birbaşa iştirak etməsini qadağan edir və bunun üçün bütün tədbirləri görməyə dəvət edir.

Lakin Ermənistanın uşaqları hərbi əməliyyatlara açıq şəkildə cəlb etməsi  bir daha onu göstərir ki,  işğalçı dövlət heç bir beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və özünün beynəlxalq öhdəliklərinə etinasız yanaşır.

Ona görə də, biz uşaq hüquqlarının müdafiəsi ilə məşğul olan QHT sizə müraciət edir, Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərinə lazımi qiymət verməyə və uşaqları hərbi əməliyyatlara cəlb etməkdən çəkindirməyə çağırırıq”, - müraciətdə bildirilib.

 

İmza:

1.       "Leykozlu Uşaqlara Dəstək" ictimai birliyi, Baxşəliyeva Xoşqədəm

2.       "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" ictimai birliyi, Məmmədova Aynur

3.       "Aran" uşaqların sağlam gələcəyi ictimai birliyi, Hüseynov İbrahim

4.       Himayə Uşaq ictimai Birliyi, Umudova Mətanət

5.       "İntellekt" uşaq və gənclərə kömək ictimai birliyi, Abbasov Rəşad

6.       «Qızlar Bulağı» Uşaq, Yeniyetmə və Gənc Qızlara Təlim və Tədris Xeyriyyə Fondu, Ələddinov Müzəffər

7.       "Azərbaycan Uşaqları" İctimai Birliyi, Kəmalə Ağazadə

8.       “Sağlam Həyat” Ana və Uşaqlara Qayğı İctimai Birliyi, Səfixanlı Aytən

9.       "Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial-Mənəvi Dəstək" ictimai birliyi, Əhməd Təranə

10.     "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası ictimai birliyi, Hüseynov Rəşad

11.     "Məlahətli Ana" uşaqlara yardım ictimai birliyi, Əhmədov Natiq

12.     Gənc Ana və Uşaqların Maarifləndirilməsi İctimai Birliyi, Məmmədova Nigar

13.     Qadın və Uşaqların Problemlərinin Araşdırılmasi İctimai Birliyi (QUPAİB), Quliyeva Səmayə Tanrıverdi qızı

14.     “Ümman” əlil uşaqlara qayğı İctimai Birliyi, Məmmədova Şükufə

15.     "İnam və Ümid" əlil uşaqlara dəstək ictimai birliyi, Həsənov Fərman

16.     “Kəndlərin İnkişafı” Uşaq və Gənclər ictimai birliyi, Musayev Vasif

17.     "Aytam" uşaqların mədəni maarifləndirilməsi ictimai birliyi, Zamanova Aygün

18.     Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqlara Dəstək ” İctimai Birliyi, Əliyev Salam

19.     "Etimad-uşaq və gənclərə psixoloji dayaq" ictimai birliyi, Bəşirova Şəlalə

20.     "Oriqami" uşaq və yeniyetmələr ictimai birliyi, Nəcəfov Namiq

21.     "Sahibsiz Uşaqlara Kömək" ictimai birliyi, Abbasova Məlahət

22.     "Ana və uşaq sağlamlıq mərkəzi" ictimai birliyi, Məmmədova Fəridə

23.     "Gülüstan" Kimsəsiz Uşaq və Qadınlara Yardım İctimai Birliyi, Vəfa Aktuz

24.     "Uşaq və Yeniyetmələrə Dəstək" ictimai birliyi, Abdulov Fərhad

25.     "Ədalət və İnkişaf Naminə" uşaq və gənclərə dəstək ictimai birliyi, Kərimova Nuranə

26.     "Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Dayaq" ictimai birliyi, Hüseynova Mehriban

27.     "Uşaq və tələbə gənclər dünyası" ictimai birliyi, Cəfərov Tural

28.     "Valideyn himayəsindən məhrum olan uşaq və gənclərə yardım" İctimai Birliyi, Zaur Seyidzadə

29.     "Azərbaycan Uşaq Hüquqlarının Müdafiəsi Liqası" ictimai birliyi, Bəkirov Yusif Seyfəddin

30.     “Qayğı” Uşaq Hüquqlarının Müdafiəsinə Yardım ictimai birliyi, Səfərov İntiqam

31.     "Mənəvi Dayaq" Uşaq və Gənclər İctimai Birliyi, Arzu Orucov

32.     "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" ictimai birliyi, İsayeva Lamiyə

33.     “Kiçik dünya" Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyi, İbrahimova Nigar

34.     Azərbaycan Uşaq Fondu, Məhərrəmov Aqil

35.     Dünya" Ana və Uşaqlar ictimai birliyi, Əliyeva Dünyaxanım

36.     "Çıraq" Uşaq İnkişaf Mərkəzi ictimai birliyi, Hacıyeva Zeynəb

37.     "Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə yardım" ictimai birliyi, Kərimova Cəmilə

38.     "Uşaq və Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi, Cəfərova Aygün

39.     "Qadın və Uşaq Sosial Təminatı" Ictimai Birliyi, Dadaşova Firuzə

40.     "Buta" xüsusi qayğıya ehtiyacı olan uşaqlara və yeniyetmələrə dəstək ictimai birliyi, Ağamalı Günay

41.     “El Qayğısı" Valideyn Himayəsindən Məhrum Olmuş Uşaqlara Yardım İctimai Birliyi, Quliyev Elnur

42.     "Uşaqların Gələcəyi Naminə" ictimai birliyi, Quliyeva Könül

43.     "Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək" ictimai birliyi, Zülfüqarova Aynur

44.     “Miqrant uşaqlara dəstək" ictimai birliyi, Məmmədova Fatma

Paylaş

Bizi Facebookda izləyin
menu
menu