Ətrafında çevrə gün-gündən darılır: Paşinyan artıq Qarabağı Ermənistan üçün itirilmiş hesab edir

"Rusiyadan, Fransadan dəstək alan siyasi rəqibləri onu devirmək üçün fürsət gözləyirlər"

"Bir-birindən sərsəm son açıqlamarı və paylaşımları sübut edir ki, düşmən ölkənin baş naziri Nikol Paşinyanın həqiqətən də çox ciddi pisixolojik problemləri var".

Bunu "Sherg.az"a açıqlamasında Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. 



Partiya rəhbəri bəyan edib ki, ordusu hər gün məğlubiyyətlərə uğrayan Ermənistan rəhbəri indiki kritik vəziyyətdə ağıllı qərarlar verib, mənasız müharibəni dayandırmaq və işğalçılığa son qoymaq əvəzinə, əksinə, daha da inadkarlıq göstərir, bir-birindən isterik qərarlar verir:

"Ermənistan ordusunun onsuz da ağır olan vəziyyətini bir qədər də ağırlaşdırır. Paşinyan komromislər üçün, sülh üçün heç bir əl yeri qoymur. O bütün “körpü”ləri yandırır. Danışıqlardan imtina edir, “ancaq müharibə!” ritorikasından çıxış edir. Elə sonuncu paylaşımı da bütün bu fikirlərimizi təsdiqləyir. Azərbaycan Ordusunun müvəffəqiyyətli əks-hücumları nəticəsində çıxılmaz vəziyyətə düşən Ermənistanın Baş naziri özünün rəsmi Facebook səhifəsində bütün ermənilər üçün yeni “fəaliyyət planı”ını təqdim edib. Planın əsas məğzi ondan ibarətdir ki, Paşinyan bütün erməniləri könüllü döyüş dəstələri yaratmağa çağırır. Lakin Paşinyanın yeni planı ermənilər tərəfindən heç də birmənalı qarşılanmayıb. Belə ki, onun sözügedən statusunun altında şərh yazan bir çox ermənilər Paşinyanın əli silah tuta bilməyən insanları ölümə göndərdiyini bildiriblər. Bir sözlə, onlar bu yeni plana öz etirazlarını bildiriblər. Ancaq məlum məsələdir ki, onların rəyləri, etirazları nasissizm xəstəliyinə tutulmuş Paşinyanın vecinə deyil".

Ə.Hüseynov vurğulayıb ki, Paşinyan hazırda öz xalqını eşitmək, dinləmək istəmir:

"Onsuz da müharibənin hələ ilk günlərindən Ermənistanın uduzduğunu dərk edən Nikol Paşinyan indi erməni xalqını yox, yalnız özünü və öz
hakimiyyətini xilas etməyi düşünür. Haqqında bəhs etdiyimiz yeni “fəaliyyət planı” da məhz onun hakimiyyət maraqlarına xidmət edir. Və əslində hazırda hətta Qarabağ da Paşinyan üçün maraqlı deyil. Çünki o Qarabağı Ermənistan üçün artıq itirilmiş hesab edir. Ancaq kapitulyasiya etməyi də bacarmır. Çünki bu halda ermənilər onu linç edərlər. Odur ki, indi Paşinyan öz canının hayındadır. O çıxılmaz situasiyanın əsirinə çevrilib və onun ətrafında çevrə gün-gündən darılır. Artıq Paşinyanın hakimiyyətdən devrilməsi an məsələsidir. Rusiyadan, Fransadan dəstək alan siyasi rəqibləri onu devirmək üçün hər an fürsət gözləyirlər. Lakin Paşinyan hələ də öz xalqına heç olmasa son anda hansısa bir yaxşılıq etmək istəyirsə, o zaman Azərbaycan Prezidentinin irəli sürdüyü şərtləri qəbul etməli, müharibəni dayandırmalı və torpaqlarımızı dərhal işğaldan azad etməlidir. Son çıxış yolu budur. Paşinyanın başqa seçim yolu yoxdur".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu