"Artıq xalqlar, millətlər ayılıb, həqiqətin hansı tərəfdə olduğunu yaxşı bilirlər" - İlahiyyatçı

“Azərbaycan dövləti həmişə humanizm prinsiplərinə sadiq olub. Hazırda cəbhədə gedən hərbi əməliyyatlarda da bu aydın görünür. Ölkəmizdə multikulturalizm dəyərlər, tolerantlıq ənənənələri daim qorunub, saxlanılıb”.

Bu sözləri “Şərq”ə açıqlamasında ilahiyyatçı-alim Hacı Atif İsmayılov  deyib. İlahiyyatçı vurğulayıb ki, digər ölkələrdən fərqli olaraq ölkəmizdə olan xalqların milli və dini birliyinin qorunması başlıca amillərdəndir:

“Bu bir həqiqətdir ki, Azərbaycanda dinlərarası, eyni zamanda din daxilində olan  məzhəb çaxnaşmaları yoxdur. Təbii ki, bu da nəticə etibarilə bəzilərinin gözünün götürməməsi deməkdir. Bu gün ölkəmizdə hər kəs dinindən, irqindən asılı olmayaraq birliyini nümayiş etdirir. Ona görə də, hesab edirəm ki, yayılan hansısa şayilərə heç kəs, xüsusilə dindar kütlə inanmamalıdır. Çünki hazırda cəbhədə, eyni zamanda cəbhədən kənarda Azərbaycan xalqının içərisində olan milli birlik ümumiyyətlə, bu dinin içərisində olan vəhdətdən, həmçinin digər dinlərə qarşı münasibətdən qaynaqlanır. Həqiqətən də, ölkəmizdə uzun illər Cənab Prezident İlham Əliyevin apardığı düzgün  siyasət özünü tolerantlıq siyasətin də göstərdi. Biz buna çox sevinirik. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda dinlər və məzhəblərə qarşı ayrı seçkilik yoxdur və bu söhbətlər bizdən kənardır. Əgər kimsə bu gün olmayan məsələləri qabardırsa, demək ki, onlar Azərbaycanın belə gözəl zəfər günlərini gözü götürməyənlərdir. Dövlətimizdə milli birlik, dini birlik və dinlərarası münasibət həddən artıq yüksəkdir. Hətta biz ruhani kimi deyə bilərik ki, bizim qarşılaşdığımız insanların dində apardığı mövzular bir-birinə qardaş və mehribancasına davranmaq münasibətlərini özündə əks etdirir. Artıq insanlar, xalqlar, millətlər ayılıb. Həqiqətin hansı tərəfdə olduğunu yaxşı bilirlər. Bu gün ölkəmizdə aparılan dini siyasət çox yüksək səviyyədədir və təqdirəlayiqdir”.

Paylaş

Bizi Facebookda izləyin
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu